Salyanda ana və 3 uşağı dəm qazından zəhərləndi

Salyan rayonunun  Qaraçala kəndində dəm qazından zəhərlənmə qeydə alınıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, kənd sakini, 1977-ci il təvəllüdlü Pərvanə Adışirin qızı Əsədova, oğlu 2001-ci il təvəllüdlü Seymur Əsədzadə və daha iki övladı dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Onlardan ana və 15 yaşlı Seymur reanimasiya şöbəsinə yerləşdirilib. Qismən yüngül zəhərlənmə diaqnozu alan digər iki ailə üzvü həkimlərin yardımından sonra evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR