Azərbaycanda terrorçu məhv edildi
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində terrorçuluqda təqsirləndirilən şəxs məhv edilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən APA TV-yə bildirilib ki, Azərbaycanın hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə tərəfdaşlarından ibarət “camaatın əmiri” kimi fəaliyyət göstərərək, vətəndaşları belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun tərksilah və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində əməliyyat keçirilib.
Əməliyyat tədbirləri zamanı sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq, odlu silahdan atəş açıb silahlı müqavimət göstərib. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə R.Rəhimov məhv edilib.
DTX-nin İstintaq Baş İdarəsində terrorçuluğa, adam oğurluğuna hazırlıq və digər cinayət faktları ilə bağlı aparılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər