Türkiyə hökuməti uyğur türklərinin liderini Çinə təhvil vermək istəyir

BMT Baş Asambleyasının məlumatı və nəzarəti ilə 15 ildir Türkiyədə yaşayan uyğur türklərinin liderlərindən Abdulkadir Yapçanı rəsmi Ankara Çinə təhvil vermək istəyir.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Çin hökumətinin İnterpola verməsindən sonra saxlanılan və 40 gün Maltəpə həbsxanasında qalan Yapçan sərbəst buraxılıb. Onun həbsi etirazlara səbəb olub. Miqrasiya İdarəsi sərbəst buraxılan gün uyğur lider haqqında nəzarət qərarı verib. Yapçan hazırda Kırklarelində Çinə təhvil verilmək üçün saxlanılır.

 

Uyğur lider Türkiyəyə gəlməzdən öncə Çində 3 il həbsdə olub. 1996-cı ildə ölkəsini tərk edərək Pakistan vasitəsi ilə Türküstana keçib. 12 sentyabr 2001-ci ildə baş verən "Əkiz qüllə" hadisələrindən sonra Çin tərəfindən terrorçuluqda suçlanıb və Türkiyəyə sığınıb.

 

Şərqi Türküstan Sürgün Hökuməti Yapçanın təhvil verilməsi qərarından sonra İstanbulda xüsusi toplantı keçirib. Təhvil qərarının uyğur türklərində dərin üzüntü və narahatlıq doğurduğu açıqlanıb.

"Pekin hökumətinin 15 il sonra yeniləyərək hazırladığı "qırmızı bülleten" ilə təhvilini tələb etdiyi Şərqi Türküstanlı dini alim və liderlərindən Abdulkadir Yapçan haqqındakı "bölücü və terrorçu" ittihamı tamamilə iftiradan ibarətdir, həqiqəti ifadə etmir", - deyə açıqlamada qeyd olunur.
 

Azad Şərqi Türküstan Platforması prezident Ərdoğana məktub yollayaraq Yapçanın Çinə təhvil verilməməsini istəyib.

 

Qeyd edək ki, Tailand hökuməti 2015-ci ildə 90 uyğuru Çinə təhvil verdiyini açıqladıqda Türkiyə hökumətindən, iqtidara yaxın mediadan, eləcə də ölkə əhalisindən ciddi etirazlar səslənmişdi. 200 nəfərlik qrup Tailand konsulluğuna hücum edərək bayrağı endirib, qapılarını qıraraq içəri daxil olmuşdu.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR