Stoltenberq: "Rusiya NATO-nun genişləndirilməsi strategiyası ilə barışmalıdır"
"Rusiya NATO-nun genişləndirilməsi strategiyası ilə barışmalıdır". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri alyansın baş katibi Yens Stoltenberq Oksford Universitetinin tələbələri qarşısında çıxış edərkən səsləndirib.
Baş katib rəhbərlik etdiyi qurumun atdığı addımların müdafiə və proporsional xarakter daşıdığını, Rusiya ilə "soyuq müharibənin" başlanmasına yönəlmədiyini bəyan edib.
Şimali Atlantika Alyansının Şərqi Avropada genişlənməsinə gəlincə, baş katib bu faktoru Rusiyanın "ram edilməsi" və müharibənin qarşısının alınması ilə əsaslandırıb. Bununla belə, Y. Stoltenberq NATO-nun rəsmi Moskva ilə siyasi dialoq imkanlarını mümkün hesab etdiyini sözlərinə əlavə edib. Jurnalistlərin suallarını cavablandıran NATO rəhbəri Rusiyanı alyansın genişləndirilməsi ilə barışmağa çağırıb: "Mən Rusiyanın NATO-nun Mərkəzi və Şərqi Avropadakı yeni tərəfdaşlar hesabına genişləndirilməsini nəyə görə provokasiya adlandırdığını anlaya bilmirəm. Əslində alyansın özü genişlənmir. Məsələ yalnız Polşa, Estoniya, Litva, Latviya və Macarıstanın təşkilata qoşulmaq üçün müraciət etməsindədir. Rusiya qonşu dövlətlərin öz yolunu sərbəst şəkildə müəyyən etməsi ilə barışmağa məhkumdur".
Bu arada, bir qədər əvvəl alyansa yeni üzvlərin qoşulmasını şərh edən Rusiya prezidenti Vladimir Putin atılan bu addımların Rusiyanı cavab tədbirləri görməyə vadar etdiyini bildirib.
Qeyd edək ki, NATO-nun iyul ayında keçirilən Varşava sammitində üzv ölkələr "soyuq müharibə" dövründən sonra alyansın əhəmiyyətli dərəcədə genişləndirilməsini qərarlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər