Azərbaycan İsrailə yardım üçün təyyarə göndərir

Azərbaycan İsraildə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərəcək.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA TV-yə verilən məlumata görə, İsrail hökuməti bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.

 

Bununla bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

 

Qeyd edək ki, İsraildə 2 aydır davam edən quraqlıqdan sonra noyabrın 22-də başlayan yanğınlar hələ də davam edir. Yanğınlar Qüds də daxil olmaqla 13 müxtəlif ərazidə qeydə alınıb. Onun geniş əraziyə yayılmasında küləyin də rolu olub. İsrail hökuməti yanğınların söndürülməsində yardım etmələri üçün digər ölkələrə də müraciət edib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR