İŞİD İraqda daha bir partlayış törətdi, 100 şiə zəvvar öldü

İraqın paytaxtı Bağdaddan 100 km cənubda yerləşən Hilla şəhərində törədilmiş partlayış nəticəsində 100-ə qədər insan həlak olub.

 

APA TV-nin məlumatına görə, terrorçu kamikadze benzin dayanacağı yaxınlığında yüklə dolu maşını partladıb.

 

Ölənlərin əksəriyyəti Kərbəladan qayıdan şiə zəvvarlar olub. Partlayış nəticəsində zəvvarların olduğu 5 avtobus yanıb. Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

Bu partlayış bir daha göstərir ki, İraq ordusunun və könüllülərin Mosula doğru irəliləməsinə baxmayaraq, İŞİD hələ də dövlətin nəzarətində olan ərazilərə hücum edə bilir.

 

Rəsmi məlumatlara görə, Mosula şərqdən hücum edən İraq hərbçiləri bu gün daha 3 rayonu geri ala biliblər. Eyni zamanda Telafer şəhərinə də hücum davam edir. Bu gün İraqın baş naziri Heydər Əl-Əbadi hava limanında bu şəhərin şiə polisinin komandiri ilə görüşüb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR