Cəlilabadın əkin sahələrində siçanabənzər gəmiricilər peyda olub
Cəlilabad rayonunda əkin sahələrində siçanabənzər gəmiricilərin sayı son günlər xeyli artıb.
Yerli sakinlərin APA TV-nin Cənub bürosuna verdiyi məlumata görə, gəmiricilər əkilmiş taxıl dənələrini yuvalarına toplayaraq yarasız hala salırlar. Bu isə məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Kənd sakinləri sahələrə su buraxmaqla gəmiriciləri zərərsizləşdirməyə çalışsa da, hələ ki, buna nail ola bilməyiblər.
Rayonda siçanabənzər gəmiricilər 9 min hektardan çox əkin sahəsini əhatə edib. Ən təhlükəli vəziyyət rayonun İranla həmsərhəd ərazilərində və Aran kəndlərində müşahidə olunur.
Əhalinin müraciətindən sonra Kənd Təsərrüfatı Nazirliyi tərəfindən gəmiricilərlə mübarizə məqsədilə rayona xüsusi dərman preparatları göndərilib. Mütəxəssislərin nəzarəti ilə sahələrdə aldadıcı yemlər hazırlanır və yuvalara qoyulur.
İndiyə qədər 4 min hektarlıq sahədə gəmiricilərə qarşı mexaniki və kimyəvi mübarizə üsulları aparılıb və bu iş davam etməkdədir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər