Neft həftəni ucuzlaşma ilə başa vurur - DOLLARA GÖRƏ

Dünya birjalarında neftin qiymətində yenidən ucuzlaşma qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neftin bir bareli 48,55 dollardan təklif olunur. Dünən səhər saatlarında birjalarda bu markadan olan neft 49 dollara satılırdı. Gün ərzində "Brent" nefti 49 dolları keçsə də yenidən ucuzlaşıb.

 

Qərbi Texas markası da dünən səhər saatlarında qeydə alınan qiymətlərdən ucuz satılır. Ötən gün 48 dollardan təklif olunan WTI neftinin 1 bareli hazırda 47,62 dollardır.

 

Əlcəzairin enerji naziri Nurəddin Buterfa razılaşma əldə etmək üçün Tehrana səfər edəcək. OPEK nazirləri 30 noyabr zirvəsindən öncə aralarında Rusiyanın da olduğu kartelə üzv olmayan ölkələrlə görüşəcək. İraq baş naziri Heydər əl-Abadi ölkəsinin əvvəlki mövqeyinin əksinə hasilatın məhdudlaşdırılmasına dair razılaşmaya qatılacağını açıqlayıb. İraqdan sonra İran və Rusiya ilə razılaşmanın əldə olunması məsələsi qalır. İranın hasilatı 4 milyon barelə çatdırmaq və Rusiyanın ən yüksək səviyyədə dondurmaq istəyi OPEK ölkələrində ümidsizlik yaradır. Bundan əlavə dolların möhkəmlənməsi "qara qızıl"ın qiymətinə ciddi təsir edən amildir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR