ABŞ-da "qara cümə": əhali mağazalara hücuma hazırlaşır

Bir neçə saat sonra ABŞ əhalisi kütləvi şəkildə dükanlara axışacaq. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, "qara cümə" adı verilən milad öncəsi satış mövsümünün açılışı və endirimlər səbəbindən mağazalara axın etməyə hazırlaşır.

 

Əgər Kaliforniya əhalisi ştat ərazisində yerləşən nəhəng ticarət mərkəzlərinin qarşısına gələrək mövsümün başlanmasına qalan dəqiqələri gözləyirsə, Nyu-Yorkun iri hipermarketlərində isə endirimli satış artıq başlayıb.

 

Qeyd edək ki, hər il milad bayramı öncəsi başlanan endirimli ticarət mövsümü əhali arasında sıxlıq, hətta insan ölümü ilə də nəticələnir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR