Dollar və avro bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi artaraq 1,7196 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8176 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1409 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.
Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rus rublu 26 manat 60 qəpik, 100 türk lirəsi 49 manat 70 qəpik, 100 gürcü larisi isə 68 manat 92 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
17:28
596
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
564
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
577
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2030
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2157
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2125