Masallıda "Mercedes" 2 piyadanı vurdu, onlardan biri öldü
Masallıda dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Сənub bürosunun məlumatına görə, hadisə noyabrın 24-də axşam saatlarında Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən piyadaları, Cəlilabad rayon sakinləri, 1960-cı il təvəllüdlü Ziyafət Tarverdi oğlu Fərzəliyevi və 1962-ci il təvəllüdlü Nəsimi Əhmədağa oğlu Əhmədovu vurub. Piyadalardan Ziyafət Fərzəliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, Nəsimi Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qəzanı törətmiş sürücü hadisə yerindən qaçsa da, həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaxalanaraq istintaqa cəlb olunduğu bildirilib.
Faktla bağlı Masallı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər