Oğuzda müəmmalı hadisə: 43 yaşlı kişi meşədə öldü

Oğuzda məcburi köçkün bədbəxt hadisə nəticəsində ölüb. APA TV-nin  yerli bürosunun məlumatına görə, hadisə noyabrın 24-ü günorta saatlarında Oğuz rayonu ərazisindəki meşə massivində baş verib.

1974-cü ildə Ağdam rayonunda anadan olan, hazırda Oğuz rayonunda məskunlaşan məcburi köçkün Mütalib Cəfər oğlu Məmmədov meşə massivində işləyən zaman onun üzərinə hələlik istintaqa məlum olmayan səbəbdən ağac düşüb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 43 yaşlı M. Məmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

 Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR