Adanada bomba yüklü avtomobil saxlanıldı, sürücü öldürüldü - ƏMƏLİYYAT ANI

Türkiyənin Adana şəhərində planlaşdırılan terror aktının qarşısı alınıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, polisin şübhəli maşının saxlanması üçün keçirdiyi əməliyyat bir neçə dəqiqə davam edib.

Polisin şübhəsi özünü doğruldub. Sürücüsü açılan atəşlə öldürülən nəqliyyat vasitəsindən partlayıcı aşkarlanıb və zərərsizləşdirilib.

Hadisə yerinə çoxlu polis cəlb edilib, ərazi gediş-gəliş üçün bağlanıb.

Xatırladım ki, noyabrın 24-də Adanada səhər saatlarında güclü partlayış törədilib. Valilik binasının avtodayanacağında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 33 nəfər müxtəlif xəsarətlər alıb. Dayanacaqda xeyli maşın yanıb.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR