Ağdam təmsilçisi ikinci dəfə darmadağın edildi: "Slovan" - "Qarabağ" 3:0

Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib. APA TV-nin məlumatına görə, avrokuboklarda "J" qrupunda mübarizəni davam etdirən “Qarabağ” Çexiyada yerli "Slovan"ın qonağı olub.

İsveçli hakimin fiti ilə start götürən oyunun ilk dəqiqələrindən meydan sahibləri hücuma atılıblar. Bu, öz bəhrəsini artıq 11-ci dəqiqədə verib. Vux hesabı açıb.

Sonrakı dəqiqələr də yerli klubun üstünlüyü şəraitində keçib. "Qarabağ" bir neçə dəfə təhlükəli hücumlar təşkil etsə də bu nəticəsiz qalıb. Birinci hissədə hesab dəyişməyib.

Qurban Qurbanovun yetirmələri Liberetsdə qalib gələrək son turu formallığa çevirmək imkanına malik olsalar da, onlar bunu ikinci hissədə də bacara bilməyib.

56-cı dəqiqədə qonaqlar hesab arasındakı fərqi artırıb, Komliçenko penaltidən yararlanıb.

İkinci qoldan sonra ruhdan düşən ağdamlılar 6 dəqiqə sonra qapılarından daha bir top çıxarıblar. Komliçenko dubl edib.

Beləliklə, "Qarabağ" qrup mərhələsində ikinci dəfə böyük hesabla məğlub olub. Lakin təmsilçimizin "play-off" şansı qalır.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR