Şults Almaniya kansleri olmaq istəyir
Avropa Parlamentinin sədri Martin Şults Avropanın hakimiyyət strukturlarını tərk etmək və Almaniya Bundestaqına keçiriləcək seçkilərdə iştirak arzusunda olduğunu bəyan edib.
APA TV-nin “Euronews”a istinadən məlumatına görə, M. Şults Avropanın hakimiyyət strukturlarını tərk etmək və Almaniya Bundestaqına keçiriləcək seçkilərə qatılmaq niyyətində olduğunu bildirib.
Bu barədə Brüsseldə açıqlama verən 60 yaşlı siyasətçi qeyd edib ki, Sosial-Demokrat Partiyasının namizəd siyahısı üzrə səsvermədə iştirak edəcək.
Martin Şults seçkiyə qatılacağı ərazini də açıqlayıb. Belə ki, o, Şimali Reyn-Vestfaliya torpağındakı seçicilərin sədaqətini yoxlayacaq.
“Bizə öz dəyər və düşüncələrini müdafiə edən avropalılar lazım deyil. Biz keçmiş nəsillərin müəyyən etdiyi dəyərləri qorumalı və möhkəmləndirməliyik. Bu andan etibarən mən milli səviyyədə bu Avropa layihəsində iştirak edəcəyimə əminəm”.
Əgər hər şey məhz Martin Şultsun istədiyi kimi gedərsə, bu zaman o, 2017-ci ilin sentyabrında dördüncü dəfə kansler postuna iddialı olduğunu açıqlayan Angela Merkelə ciddi rəqib olacaq.
Qeyd edək ki, daha öncə isə Almaniyanın vitse-kansler Ziqmar Qabrielin rəhbərlik etdiyi Sosial-Demokrat Partiyası özünün namizədini müəyyən etməlidir. Martin Şultsun kansler vəzifəsinə namizəd olub, olmayacağı isə yanvar ayında bəlli olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər