Kadıköydə maksimum nəticə: "Fənərbaxça" - "Zarya" 2:0
Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir. APA TV-nin məlumatına görə, Azərbaycanda da maraqla gözlənilən görüşlərdən biri İstanbulda baş tutub.
Türkiyənin "Fənərbaxça" komandası Ukraynanın "Zarya" klubunu qəbul edib. Oyunun birnci yarısında "sarı-göylər" rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaratsa da ilk hissədə hesab açılmayıb.
İkinci hissənin əvvəlində Emenikenin əvəzləyən Miroslav Stok 59-cu dəqiqədə hesabı açıb. Uzaq məsafədən vurulan zərbə effektiv alınıb.
8 dəqiqə sonra "Fənərbaxça" daha bir qol vurub. Cərimə zərbəsindən ötürlən topu Kyaer başı ilə ukraynalıların qapsına yönəldib - 2:0.
Beləliklə, görüş meydan sahiblərinin xeyrinə başa çatıb. "Fənərbaxça" bu mövsüm Avropa Liqasında evdə keçirdiyi görüşlərdə maksimum nəticə əldə edib. İstanbul təmsilçisi hazırda 10 xal toplayıb və "play-off"da mübarizəni davam etdirmək üçün əla şans qazanıb.
Əgər bu gün keçirilən "Mançester Yunayted" - "Feyenoord" görüşündə hollandiyalılar qalib gəlsə, bu, "Fənərbaxça"nın son görüşün nəticəsindən asılı olmayaraq mərhələ adlamasına səbəb olacaq.
Xatırladaq ki, Türkiyə təmsilçisi son görüşünü məhz "Feyenoord"la səfərdə keçirəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər