"Gənclər şəhərciyi"ndəki yaşayış binasında yanğın baş verdi

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, "Gənclər şəhərciyi"ndəki hündürmərtəbəli binalardan birinin şaxtasında qısaqapanma baş verib.

Elektrik naqilləri alışıb və bunun nəticəsində mərtəbələri tüstü bürüyüb. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub, 22 sakin təxliyə edilib. Bina sakinləri tüstüdən zəhərlənən və ehtiyatsızlıqdan xəsarət alan 2 sakinin xəstəxanaya çatdırıldığını bildirib.

Yaşayış binasının zirzəmisində 1-ci mərtəbəsinə kimi elektrik kabelləri 3 pm yanıb. Binanın elektrik xətlərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR