Vurulmayan penalti, son dəqiqələrdə buraxılan qollar: "Qəbələ" - "Anderlext" 1:3
Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarına start verilib. APA TV-nin məlumatına görə, "C" qrupunda mübarizəsini davam etdirən təmsilçimiz “Qəbələ”
Bakıda Belçikanın "Anderlext" klubunu qəbul edib.
Moldovalı hakim briqadasının nəzarət etdiyi oyun qarşılıqlı hücumlarla başlayıb. 11-ci dəqiqədə qonaqlar hesabı açıb. Tilemans fəqlənib.
Bundan cəmi 4 dəqiqə sonra "Qəbələ" 11 metrlik cərimə zərbəsi qazanıb və futbolçularımız hesabı bərabərləşdirib. Rikardinyo çərçivəni dəqiq nişan alıb - 1:1.
Sonrakı dəqiqələrdə hər iki komanda bir neçə dəfə təhlükəli vəziyyətlər yaratsalar da ilk 45 dəqiqə bu hesabla başa çatıb.
İkinci hissənin startı da birincidən fərqlənməyib. Daha çox hücuma keçən "Qəbələ" bir neçə real qol vəziyyətini əldən verib. 75-ci dəqiqədə isə belçikalıların qapısına ikinci 11 metrlik cərimə zərbəsi təyin edilib. Birinci qolun müəllifi Rikardinyo bu dəfə topu qapının yanından vurub.
Görüşün son dəqiqəsində isə "Anderlext" ev sahiblərini cəzalandırıb. "Anderlext"in heyətində Bruno fərqlənib. Oyunun əsas vaxtına əlavə edilmiş 4-cü dəqiqədə Belçika klubu daha bir qol vurub. "Qəbələ" bu mövsüm qitə səviyyəsində keçirdiyi görüşlərdə yalnız evdəki bütün oyunlarda qol vurması ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər