Suriyadakı Türk ordusu bir gündə ikinci dəfə bombalandı: 7 yaralı

Suriya ərazisində anti-terror əməliyyatları həyata keçirən Türkiyə hərbçiləri noyabrın 24-də ikinci dəfə bombalanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, "Fərat qalxanı" əməliyyatında iştirak edən 7 Türkiyə hərbçisi yaralanıb. Təcili yardım maşınları ilə sərhəddə gətirilən yaralılar Kilis Şəhər Xəstəxanasına aparılıb.

Hərbçilərin hansı şəraitdə yaralandıqları barədə məlumat verilməyib. Hadisənin təffərüatları hələlik açıqlanmır.   

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Əl Bab ətrafında Suriya ordusunun nəzarətində olan bölgədən qırıcı təyyarədən endirilən zərbə nəticəsində 3 əsgərin şəhid olduğu, 10 əsgərin yaralandığı barədə məlumat yayıb.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR