Rəsmi Dəməşq: Türklər Suriya ordusunu top atəşinə tutur

"Türk ordusu Latakiya yaxınlığında Əsədə məxsus qüvvələri top atəşinə tutub". APA TV-nin məlumatına görə, bu iddia Suriya hökumətinə yaxınlığı ilə seçilən "El-Masdar" saytında irəli sürülüb.


Saytın hərbi mənbəyə istinadən verdiyi xəbərdə bildirilir ki, Əsəd ordusu Latakiya yaxınlarında "Ən-Nusra Cəbhəsi" kimi tanınan "Şamın Fəthi Cəbhəsi" qruplaşmasına hücum edib. Türk ordusu Navara qəsəbəsi yaxınlığında Suriya ordusuna atəş açıb. Suriya ordusu itki verməsə də, türk topçularının hücumlarından sonra bölgədən çəkilməyə məcbur olub. Türk ordusunun bu hücumdan öncə Hələbin şimalında PYD qüvvələrinə hava hücumu təşkil etdiyi də iddia olunur.
 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri türk hərbçilərin Suriyada Əsədə rejiminə məxsus təyyarələr vasitəsi ilə hücuma məruz qaldığını açıqlayıb. Hücum nəticəsində 3 hərbçi şəhid olub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR