Masallı bazarında yanğın: sahibkarlara ciddi ziyan dəydi
Masallıda yanğın baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Qala bazarı adlanan ərazisində qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Onların müdaxiləsi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və alovun qonşu dükanlara keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmasa da, 3 dükan və içərisindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb. Yanğın nəticəsində sahibkarlara ümumilikdə 4000 min manat dəyərində maddi ziyan dəyib.
Yanğının səbəbləri hələlik məlum deyil. İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Yanğının dəqiq səbəbləri aparılan ekspertizanın yekun rəyindən sonra bəlli olacaq.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər