Bərdədə ev külə döndü: 1 ölü, 2 yaralı
Bərdədə fərdi yaşayış evin yanması nəticəsində 77 yaşlı qadın yanaraq ölüb, 2 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yanğın şəhərin Nüşabə küçəsində yaşayan Elbrus Şadlinskiyə məxsus evdə baş verib.
Bədbəxt hadisəyə ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsindəki otaqların birində içərisinə qaz borusu quraşdırılmış odun sobasının səbəb olduğu deyilir. Gecə saat 04:00 radələrində baş verən yanğın nəticəsində ev tamamilə yanıb. Ailə üzvləri yuxuda olduğundan, alovdan gec xəbər tutublar. Elə bu səbəbdən 77 yaşlı Sülhiyyə Şadlinskaya yanaraq ölüb, Elbrus və Aygün Şadlinskaya yanıq xəsarəti alıb.
Hadisə yerinə Fövqəladə hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub. FHN-nin yaydığı məlumata görə, ümumi sahəsi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə tamamilə yanıb. Yanğınsöndürənlər yaxınlıqdakı yardımçı binanı və həyətyanı sahədəki avtomobili yanğından mühafizə edə biliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər