Bakıda "Milyoner" ləqəbli oğru tutuldu
Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları əvvəllər məhkum olunmuş "Milyoner" ləqəbli Ramin Soltan oğlu Soltanovu həbs ediblər.
APA TV-nin xəbərinə görə, istintaqla müəyyən olunub ki, Soltanov F.Yusifov küçəsi, ev 47, mənzil 20-də yaşayan Əsgərova Maral Aslan qızının evinə pəncərədən girməklə paltar şkafının içində olan 10 min ABŞ dolları və 1200 AZN pulu oğurlayaraq hadisə yerindən qaçıb.
Oğurlanan pulun tən yarısını xərcləyən Ramindən 3600 ABŞ dolları və 1700 manat pul aşkar edilərək götürülüb. Saxlanılan şəxsin dediyinə görə, hadisə yerinə tanışı Ağayev Ziyafət Eyvaz oğlunun avtomobili ilə gedib. "İşini" başa çatdırıb aşağı düşən kimi ona 500 manat pul verib. Sürücü isə izahatında Soltanovun ona verdiyi pulun oğurluq olmasından xəbərsiz olduğunu qeyd edib.
Xatırladaq ki, "Milyoner Ramin" eyni əmələ görə əvvəllər iki dəfə məhkum olunub. Oğru aləmində təxəllüsü ona girdiyi evlərdən külli miqdarda pul, qızıl-zinət əşyaları oğurlaya bildiyinə görə veriblər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər