Nazarbayev: "Hakimiyyəti övladlarıma ötürməyəcəyəm"

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hakimiyyəti övladlarına ötürmək niyyətində deyil.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu o, "Bloomberg" agentliyinə müsahibəsində deyib.

 

O bildirib ki, ölkədə hakimiyyətin onun övladlarına varislik yolu ilə ötürülməsi konstitusiyaya ziddir.

 

Bununla belə, 76 yaşlı N.Nazarbayev özünün 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirakı məsələsini şərh etməkdən boyun qaçırıb.

 

Xatırladaq ki, cari ildə Qazaxıstan prezidentinin böyük qızı Dariqa Nazarbayeva Senatın Beynəlxalq Əlaqələr Komitəsinin sədri vəzifəsinə təyin olunub. Digər övladı Dinara Kulibayeva və onun həyat yoldaşı Timur ölkənin kapital həcminə görə ikinci böyük bankına nəzarət edir. Kiçik qızı Aliya isə inşaat biznesi ilə məşğuldur.

 

Yeri gəlmişkən, ölkə konstitusiyasına görə, prezidentin istefası və ya impiçmentinin reallaşacağı təqdirdə onun səlahiyyətlərinin icrası parlamentin yuxarı palatasının sədrinə həvalə olunur.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR