Azərbaycanda futbolçuları daşıyan avtobus yandı

Bakı-Quba yolunda avtomobil yanıb. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“İnter” futbol klubunun müxtəlif yaş qruplarında çıxış edən Xaçmaz rayonundan olan futbolçuları aparan mikroavtobus qəfildən alışıb. Uşaqların məşqçisi Zöhrab Mahmudov APA TV-yə verdiyi məlumata görə, maşında olan 20 nəfər futbolçudan xəsarət alan olmayıb. Maşının kabinəsinə tüstü dolmağa başlayan kimi futbolçular maşından düşürülüb.

 

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub, yanğın söndürülüb. 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR