Özbəkistanda prezident seçkiləri başladı - ERKƏN SƏSVERMƏ
Özbəkistanda növbədənkənar prezident seçkilərinə start verilib. APA TV-nin xəbərinə görə, seçki məntəqələri bu gün səhər yerli vaxtla saat 9.00-da açılıb və saat 18.00-da bağlanacaq.
Özbəkistan qanunlarına görə, səsvermə günü səs verə bilməyən ölkə vətəndaşları bunu əvvəlcədən etməlidirlər. Erkən səsvermə seçkiyə 10 gün qalmış başlayır və 1 gün qalmış başa çatır. Özbəkistanda bu gün başlayan səsvermə dekabrın 2-də başa çatacaq. Prezident seçkiləri isə dekabrın 4-də keçiriləcək. Ölkə başçısı 5 il müddətinə seçiləcək.
Ölkədə qeydiyyatdan keçmiş 4 partiyanın hamısı namizədlərini irəli sürüb. Siyasi şərhçilərin sözlərinə görə, İslam Kərimovun vəfat etməsindən sonra ölkəni müvəqqəti olaraq idarə edən baş nazir, Liberal-Demokrat Partiyasının namizədi Şavkat Mirziyoyevin qalib gəlmə şansları daha çoxdur.
Onun alternativləri qanunverici orqanın aşağı palatasının vitse-spikeri, Milli-Demokrat Partiyasının namizədi Sarvar Otamuradov, Sosial-Demokrat Partiyasının lideri Nariman Umarov və Milli-Demokrat Partiyasının lideri Xotamjon Ketmonovdur.
Qeyd edək ki, sentyabrın 2-də Özbəkistanın 1-ci prezidenti İslam Kərimovun 78 yaşında vəfat etməsindən sonra ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə qərar verilib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər