Əsəd qüvvələri Türk ordusunu bombaladı: 3 əsgər şəhid oldu

Suriyada "Fərat qalxanı" hərəkatı çərçivəsində 3 türk hərbçisi şəhid olub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, Əl-Bab ətrafında keçirilən əməliyyat zamanı türk hərbi birliklərinə hücum edilib. Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada hücumun Əsəd rejiminə məxsus qüvvələr tərəfindən həyaya keçirildiyi iddia olunur.


""Fərat Qalxanı" Hərəkatı çərçivəsində Suriya rejim qüvvələrinin həyata keçirdiyi hava hücumunda üç qəhrəman əsgərimiz şəhid olub, biri ağır olmaqla 10 qəhrəman hərbçimiz yaralanıb", - deyə açıqlamada bildirilir.

 

Hadisə nəticəsində yaralanan hərbçilər helikopter və ambulanslarla Kilis və Qaziantəpdəki xəstəxanalara aparılıb. Ağır yaralı hərbçilərdən 3-ü həkimlərin müdaxiləsinə rəğmən, şəhid olub. Digər yaralıların müayinəsi davam edir.

 

Baş nazir Binəli Yıldırım hadisə barədə milli müdafiə naziri Fikri İşıq və Baş Qərargah rəisi Hulusi Akardan məlumat alıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR