Neft bazarında qeyri-müəyyənlik hökm sürür

Dünya birjalarında neftin qiyməti ötən günlə müqayisədə ciddi dəyişiklik baş verməyib.

 

APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neftin bir bareli 48,98 dollardan təklif olunur. Son 24 saat ərzində bir barel neft 49 dolları keçsə də, axşam saatlarında yenidən ucuzlaşıb.

 

Qərbi Texas markası isə dünən səhər saatlarında qeydə alınan qiymətlərdən cüzi fərqlə baha satılır. Ötən gün 47,77 dollardan təklif olunan WTI neftinin 1 bareli hazırda 48 dollardır.

 

İraqın baş naziri OPEK-in hasilata kvota qoymaq barədə razılaşması daxilində xam neft  hasilatını azaldacaqlarını bildirib. Rusiya da hasilatın azaldılması tərəfdarı kimi çıxış edib.

 

Qeyd edək ki, OPEK-in əldə etmək istədiyi razılaşmanın İraq və İran tərəfindən imzalanması şübhəli görünür. Digər tərəfdən Rusiyanın kartelə üzv olmayan ölkə kimi kvota siyasətindən kənarda qalacağı güman olunur. Ekspertlər bu üç ölkənin razılaşmaya imza atacağı təqdirdə belə tələblərə əməl etməyəcəyini vurğulayır. Çünki hasilatın dondurulmasına nəzarət etmək üçün hər hansı mexanizm işlənməyib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR