Türkiyədə dövlət binasında terror aktı törədildi: ölənlər və yaralananlar var

Türkiyənin Adana vilayətində partlayış baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış Adana şəhərində, vilayət valiliyinin inzibati binasında qeydə alınıb.


Partlayış nəticəsində 2 nəfər ölüb, 16 yaralı var. Bəzi yaralıların vəziyyətinin ağır olduğu deyilir.

 

Partlayış valiliyin avtomobil dayanacağında olub. Xeyli sayda maşın yanıb, yaxınlıqdakı evlərə ziyan dəyib.


Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.

 

Hadisənin terror aktı olduğu ehtimalı böyükdür.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR