Dolların kursu dəyişmədi, avro ucuzlaşdı - GÜNÜN MƏZƏNNƏLƏRİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi noyabrın 23-ü ilə müqayisədə dəyişməyərək 1,7146 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8077 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1327 manatdır. Beləliklə, funt artım nümayiş etdirib.
Rusiya rublu ilə Türkiyə lirəsi də dəyər itirib. Hazırda 1000 rubl 26 manat 90 qəpik, türk lirəsi isə 50 manat 30 qəpikdir.
Gürcüstan larisinin məzənnəsi dəyişməyərək 69 manat 28 qəpik səviyyəsində qalıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər