“Samsung” şirkətinin baş ofisində axtarış aparılıb

Seulda “Samsung Electronics” şirkətinin baş ofisində və Dövlət Təqaüd Fondunda  axtarış aparılıb.

 

APA TV-nin məlumatına görə, axtarışın prezident Pak Kın He və onun rəfiqəsi Çxve Sun Sil ətrafında baş verən qalmaqalla əlaqədar olduğu bildirilir.

 

Prokurorluq prezidentin təqaüd fonduna  “Samsung”u dəstəkləmək barədə təzyiq göstərib-göstərmədiyini araşdırır. Axtarış zamanı sərt disklər, mobil telefonlar və müxtəlif sənədlər müsadirə olunub. Bu, “Samsung”un baş ofisində keçirilən sayca 3-cü axtarışdır.

 

Qeyd edək ki, Çxve Sun Sil prezidentlə olan yaxın münasibətləri sayəsində dövlət işlərinə müdaxilədə şübhəli bilinir. Bununla əlaqədar Cənubi Koreyada kütləvi etiraz aksiyaları keçirilir və dövlət başçısının istefası tələb olunur.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR