Ceyranbatanda yarımtikilidən tikinti materialları oğurlandı

Sumqayıtın Ceyranbatan qəsəbəsində oğurluq hadisəsi baş verib. Əslən Laçın rayonunun Minkənd kəndindən olan 37 yaşlı Adıgözəlov Aqil Nizami oglu deyir ki, 8 ay bundan əvvəl 2 mərtəbəli yarımtikili fərdi yaşayış evini başqa bir adamdan alıb. Bir müddət evdə təmir aparmayan Aqil bu ayın əvvəllərində evin təmiri üçün bəzi tikinti materiallarını alıb. Ancaq “çağırılmamış qonaqlar” onun bu arzusuna mane olublar. Özünün dediyinə görə, oğurluqdan əvvəl gecə saat 2-yə kimi yarımtikilidə olub. Oğurlanan materiallar həmin vaxt evdə imiş.

 

Zərərçəkən deyir ki, evdən su boruları, kombi sisteminə aparatına aid olan aksessuarlar və elektrik naqilləri aparılıb.

 

Hadisə barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat verilib. Bölmə əməkdaşları fərdi yaşayış evinə baxış keçirərək, pəncərədən və evdən barmaq izləri götürüblər. Faktla bağlı araşdırma aparılır.  

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR