Mosul tam mühasirəyə alındı, terrorçuların Suriya ilə əlaqəsi kəsildi

Mosul şəhərində olan İŞİD terrorçularının Suriya ilə əlaqəsi kəsilib. APA TV-nin məlumatına görə, İraq Müdafiə Nazirliyindən verilən açıqlamada şiə milis qüvvələri "Haşdi-Şabi"nin Telafer-Sincar yolunu kəsdiyi və peşmərgə qüvvələri ilə Sino bölgəsində birləşdiyi bildirilib.

 

Beləliklə, İŞİD terrorçularının Mosuldan qaçmaq və ya Suriyadan dəstək almaq şansının heçə endiyi bildirilir.

 

Şiə milislər Mosulun qərbində yerləşən və türkmənlərin çoxluq təşkil etdiyi Telaferi ələ keçirmək üçün 23 oktyabrda şəhərin cənubundakı Kayyara qəsəbəsindən hərəkətə keçmişdi. 16 noyabrda isə Telafer hava limanı nəzarətə alınmışdı.
 

İran dəstəkli şiə milislərlə bir ildən çoxdur Telaferin 25 kilometrliyində yerləşən peşmərgələrin birləşməsindən sonra şəhər tamamilə mühasirəyə alınıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR