Trampın "sağ əli": "Müstəqil Kürdüstan dövləti qurulacaq"
ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın "sağ əli" olaraq tanınan general Mayk Flinn Yaxın Şərqlə bağlı maraqlı fikirlər səsləndirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, gələcəkdə bölgədə müstəqil Kürdüstan dövlətinin formalaşacağını açıq şəkildə bəyan edib.
Trampın beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə gətiriləcəyi deyilən Flinn milyarderin kürdlərə böyük önəm verdiyini və qarşıda onlara böyük dəstək veriləcəyini istisna etməyib.
İraqın kürdlərin kompakt yaşadığı bölgədə yayımlanan Kürdüstan TV-yə müsahibəsində general peşmərgənin bölgədə qəhrəmanlıq göstərdiyini bildirib: "Onlarla bir yerdə işlədiyim müddətdə peşmərgənin çox qabiliyyətli bir idarəetməyə və ciddi formalaşmaya sahib olduğuna əmin oldum. İŞİD-in tamamilə yox edilməsi üçün onların ABŞ-ın yardımına indi daha çox ehtiyacları var".
"Kürdlər indiyə qədər rast gəldiyim ən qəhrəman topluluqdur" - deyən Flinn qurulacaq Kürdüstan dövlətinə ABŞ-la yanaşı, koalisiya ölkələrinin də dəstək verməli olduğunu söyləyib.
"Fikrimcə, Yaxın Şərq xəritəsi yenidən cızılacaq və İraqla, Suriya ərazilərini qoruya bilməyəcəklər. Yaxın Şərqdə 3 və ya 4 yeni dövlətin yaranacağını düşünürəm və onların içində müstəqil Kürdüstan da olacaq", - deyə general Flinn qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər