Goranboyda mağazadan oğurluq: görüntüləri də özləri ilə apardılar

Goranboyda ərzaq mağazasından oğurluq edilib. APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Veyisli kəndində Rais Kərimova məxsus ərzaq mağazasında baş verib.

 

Obyektin 5 kilidini qıraraq içəri daxil olan oğrular təhlükəsizlik kameralarını sındırıb, videoyazını yaddaşda saxlayan qurğunu da özləri ilə götürüblər. Oğurluq edən şəxs və ya şəxslər obyektdən 600 manat nağd pul, dəyəri 3 min manatdan çox tütün və digər ərzaq məhsulları aparıblar.

 

Mağazaya çörək götürməyə gələn Rais Kərimov obyektinin talandığını görərək, polisə məlumat verib. Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşadırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR