Ağdamda çəkiliş zamanı APA TV-nin kamerasını sındırdılar
Ağdamda Azəri-Press İnformasiya Agentliyinin (APA) və APA TV-nin əməkdaşlarına qarşı zorakılıq halı qeydə alınıb.
Qidadan zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən xəstənin qohumları APA TV-nin çəkiliş qrupuna qarşı zorakılıq edərək televiziyaya məxsus kameranı sındırıblar. Nəticədə çəkiliş avadanlığına zərər dəyib və o, yararsız hala düşüb.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, xəstəxanaya zəhərlənmə diaqnozu ilə müraciət daxil olduğu haqda məlumat əldə edilib. Öz peşə borclarını yerinə yetirmək üçün APA TV və Lider TV-nin əməkdaşları Ağdam Mərkəzi Rayon Xəstəxanasına yollanıblar. Səhiyyə müəssisəsində isə xəstənin qohumları çəkiliş aparan teleoperatorlara hücum çəkiblər. Nəticədə APA TV-yə məxsus “Panasonic-HD 3MOS” markalı videokameranın obyektivi xəstənin yaxınları tərəfindən sındırılıb.
Fəaliyyətlərinə maneçilik törədilən jurnalistlər bu barədə Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər