Neft yenidən ucuzlaşmağa başladı - VYANA GÖRÜŞÜ ÖNCƏSİ
Dünya birjalarında neftin qiyməti son günlər baş verən bahalaşmadan sonra yenidən ucuzlaşıb.
APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neftin bir bareli 48,85 dollardan təklif olunur. Bu ötən gün qeydə alınan qiymətlərdən bir dollara qədər ucuzlaşma deməkdir.
Qərbi Texas markası da ucuzlaşıb. Ötən gün 49 dolları keçən WTI neftinin 1 bareli hazırda 47,77 dollardan təklif olunur.
Vyanada keçirilən ilkin görüşlərdə OPEK-in ikinci və üçüncü istehsalçıları İranla İraqın hasilata kvota qoyulması ilə bağlı razılaşmaya qoşulmaması nefti dəyərdən salıb. Məsələ 30 noyabrda keçiriləcək görüşdə müzakirə ediləcək. Bu ölkələrlə razılığın əldə olunması sentyabr ayından müzakirə mövzusu idi. Əsas görüşə bir həftə qalmış anlaşmanın əldə olunmaması ABŞ neft ehtiyatlarının azalmasına rəğmən nefti ucuzlaşdırdı. Bu ölkədə ehtiyatların azalması qiymətlərə müsbət təsir edir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər