Dollar, avro və rubl bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi noyabrın 21-i ilə müqayisədə bahalaşaraq 1,7146 manat təşkil edib.
 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8220 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1289 manatdır. Beləliklə, funt sterlinq azalma nümayiş etdirib.

 

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də dəyər qazanıb. Hazırda 1000 rubl 26 manat 90 qəpik, 100 türk lirəsi isə 50 manat 65 qəpik, 100 gürcü larisi 69 manat 28 qəpikdir.


Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR