ABŞ-ın yeni "Qiyamət təyyarəsi" ilk dəfə havada göründü

Nüvə bombası daşımaq gücünə malik ABŞ-ın "Qiyamət" adı verilən hərbi təyyarəsi ilk dəfə səmada görünüb. APA TV-nin Türiyə mətbuatına istinadən məlumatına görə, təyyarə bir neçə saat ərzində böyük bir ərazi üzərində dövrə vurub.
Əvvəlcə San-Dieqo şəhəri üzərində uçan təyyarə, daha sonra Atlantik okeanı istiqamətində hərəkət edib. Bundan sonra isə o, Denever şəhəri üzərində görünüb. Bir neçə saatdan sonra isə "Qiyamət təyyarəsi" Oklahomadakı aviabazaya dönüb.
Təyyarənin üzərində heç bir şirkətin adı və ya hərbi emblemin olmadığı deyilir. Amma onun istehsalına 141 milyon dollar xərcləndiyi məlum olub. ABŞ Hərbi Hava Qüvvələrində bu təyyarələrdən 16 ədəd olduğu da açıqlanıb.
Sosial şəbəkələrdə "Qiyamət təyyarəsi" ilə bağlı müxtəlif fikirlər yazılıb. Bəziləri bunu Rusiyaya göz dağı kimi dəyərləndirir, bəziləri isə bunun Donald Trampın prezident seçilməsindən sonra dünyaya verilən bir mesaj olduğunu düşünür. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR