Sabirabadda ev oğruları tutuldu

Sabirabadda  mənzildən oğurluq edən şəxslər  saxlanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon sakinləri, 23 yaşlı  Məmmədov Elman Hüseyn oğlu və  həmyaşıdı Əsədzadə  Həsənağa  Əli oğlu polis tərəfindən oğurluqda şübhəli bilinərək tutulublar.

Ev sahibinin evdə olmamasından yararlanan oğrular mənzilə daxil olaraq  1000 manat dəyərində müxtəlif ev əşyaları, o cümlədən 2 ədəd velisoped aparıblar. İstintaq əməllərindən peşman olan  gənclərin digər oğurluqlarda iştirakının olub-olmadığı araşdırılır.

Faktla  bağlı Sabirabad polis şöbəsində cinayət  işi açılıb.  

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR