Dövlət Departamenti rəsmisi: "Azərbaycanla əməkdaşlıqda sadiqik"

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur". APA TV-nin məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks deyib.

  B. Brinks ATƏT in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin istefası məsələsinə də toxunub:

"Uorlikin xidmətlərini yüksək qiymətləndiririk. O 3 il bu vəzifəni icra etdi. Biz onunla aprel döyüşlərində sıx işlədik. Yeni həmsədrin adı isə hələlik məlum deyil".  

Bricet Brink ABŞ-ın Azərbaycanla əməkdaşlığın davam etdirilməsinə dərin bağlılıq və sadiqliyini yenidən bildirmək istəyəyini dilə gətirib.

  Onun sözlərinə görə, ABŞ müstəqil, sabit və demokratik inkişaf edən Azərbaycanla birlikdə hərəkət etməyə davam edəcək. B. Brink Azərbaycanda prezident İlham Əliyev, xarici işlər naziri, vətəndaş cəmiyyəti üzvləri, siyasi partiyaların nümayəndələri ilə görüşdüyünü bildirib:


"Görüşlərdə ikitərəfli əlaqələri daha da inkişaf etdirməyin yollarını müzakirə etdik. Bununla yanaşı təhlükəsizlik məsələlərinə toxunduq. Terror və transmilli cinayətkarlıqla mübarizə, habelə iqtisadi, energetika məsələsi müzakirə olundu. Azərbaycanın bu sahədə əldə etdiyi uğurları və iqtisadi artımı müzakirə etdik. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndiririk. Azərbaycanın iqtisadi planlarını, islahatları nəzərdən keçirdik. Bu addımların korrupsiyanın azaldılması və şəffaflığın təminində rolu vurğulandı”. 

Azərbaycan prezidentinin xarici qrantlarla bağlı imzaladığı sərəncamı yüksək qiymətləndirdiyini deyən diplomat qeyd edib ki, istənilən demokratik cəmiyyətin əsas azadlıqları olan media azadlığı, sərbəst toplaşma və güclü vətəndaş cəmiyyəti böyük əhəmiyyət kəsb edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR