İstanbulda iki "canlı bomba" ilə birlikdə azərbaycanlı saxlanıldı

İstanbulda kamikadze olduğu ehtimal edilən iki şəxs saxlanılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, saxlanılanların  "Bunyod" və "Zubeyr" kod adı altında qeydə alınmış  Özbəkistan və Tacikistan vətəndaşı olduğu bildirilir.    

Məlumata görə, saxlanılanlar Türkiyə ərazisindən Suriyaya keçməyi planlaşdırıblar. Məhkəmə artıq onlar barəsində həbs qətimkan tədbiri seçib.

Terrorçu kamikadze olduğu ehtimal edilən şəxslərlə birlikdə Özbəkistan və Azərbaycan vətəndaşının da saxlanıldığı bildirilir. Sonuncuların ölkədən deportasiya ediləcəyi gözlənilir.    

Saxlanılanların kimliyi açıqlanmır. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR