Xocavənddə iki mina zərərsizləşdirildi
Xocavənd rayonu ərazisində aşkar olunan minalar bu gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən zərərsizləşdirilib.
APA TV-nin xəbərinə görə, Xocavəndin təmas xəttinə yaxın yerləşən əkin sahəsində tank əleyhinə mina aşkarlandıqdan dərhal sonra ərazidə şumlama işləri dayandırılıb.
Hadisə yerinə gələn ANAMA-nın əməkdaşları minanın tapıldığı yerə ətraflı baxış keçirib. Bu zaman təqribən 6 metr kənarda daha bir tank əleyhinə mina aşkarlanıb.
Bu ərazilər Xocavənd rayonu ərazisidir. I Qarabağ müharibəsi zamanı bu ərazilər işğal olunub. İşğaldan azad olunandan sonra müharibə vaxtı basdırılmış və əraziyə atılmış hərbi sursatlar hələ də qalmaqdadır. Kəndlilər bu ərazidə əkin işləri apararkən kotana ilişib torpağın üstünə çıxan tank əleyhinə mina aşkarlayıblar.
Hər iki minanın partladıcısı üstündə olduğundan, daşınması təhlükəli sayılıb. Bu səbəbdən partladılma üsulu ilə zərərsizləşdirilib. Ümumilikdə bu gün qədər Xocavənd rayonunda 2 milyon 228 min 351 kv. metr döyüş sursatları ilə çirklənmiş ərazi ANAMA-nın əməkdaşları tərəfindən təmizlənib. Keçirilən təmizləmə əməliyyatları çərçivəsində ərazidə 112 müxtəlif döyüş sursatı və 12 mina partladılaraq məhv edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər