Sevgilisi ilə birləşib ərini öldürən tibb bacısına ağır cəza
Sevgilisi ilə birləşib ərini öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA TV-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Sədi Məmmədov 20 il, Lalə Mahmudova isə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 26-da Yasamal rayonunda baş verib. Paytaxt sakini Lalə Mahmudova Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək, həyat yoldaşı 39 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat verib. Hadisədən 5 gün sonra K.Mahmudovun öldürüldüyü müəyyən edilib. Cinayətin mərhumun həyat yoldaşı L.Mahmudova və sevgilisi S.Məmmədov tərəfindən törədildiyi aşkara çıxarılıb.
L.Mahmudova ilə əvvəlcədən plan quran S.Məmmədov özü ilə gətirdiyi tapança ilə yatmış K.Mahmudovun baş nahiyəsindən 3 dəfə atəş açaraq onu qətlə yetirib. Onlar izi itirmək məqsədilə meyiti hissələrə bölərək bağlamalara yığıblar. Sonra həmin bağlamalarla S.Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb. O, meyiti İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıb.
Xatırladaq ki, L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər