Azərbaycan prezidenti ABŞ dövlət katibinin köməkçisinin müavinini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki qəbul edib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı xanım Bridcet Brinklə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brink ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər