Nardaran sakinindən tapança götürüldü

Nardaranda silah-sursat tapılıb.

 

APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakının Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Saleh Dadaşovun evinə baxış zamanı "Mauzer" markalı tapança və 12 ədəd patron aşkarlanaraq, götürülüb. 

 

Saleh Dadaşov polisə verdiyi ifadəsində həmin silahın ona 1948-ci ildə vəfat etmiş babası Məşədi Dadaşovdan qaldığını bildirib. Araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR