Lənkəranda ahıl ər-arvad evlərində ölü tapıldı
Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Şəhidlər Xiyabanı, 10 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 77 yaşlı Aydın Mirzəli oğlu Allahverdiyevlə onun həyat yoldaşı, 75 yaşlı Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.
Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər ikisinin ağzından qan axdığı bildirilir.
Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək, istintaq üçün zəruri əşyaları götürüblər.
Meyitlər müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər