Nardaran sakini: “Qardaşlarımın məzarlarının dağıdılması ilə bağlı məlumatlar yalandır”

"Qardaşlarımın məzarlarının dağıdılması ilə bağlı mətbuatda yayılan məlumatlar yalandır". Bu sözləri APA TV-yə açıqlamasında ötən ilin noyabrında Nardaranda polislə atışmada öldürülən Rəfael və Fərayıl Bünyatovların qardaşı Sərdar Bünyatov bildirib.

 

"Bir az hündürə qalxmışdı, yığışdırmışıq, abadlıq işləri gördük. Mətbuatda nə yazırlar, özləri bilərlər. Hər kəsin qəbri ayrı. Beş-altı günə sinə daşları da gələcək. Düzəldib qoyacağıq üstünə" - deyə S.Bünyatov qeyd edib.

 

Onun sözlərinə görə, Nardaran hadisələri ilə bağlı tutulan şəxslərin məhkəmədə səsləndirdiyi iddialar əsassızdır: “Burada məzarı olan şəxslərdən ikisi mənim qardaşım, biri isə qohumumdur. Yazırlar ki, guya kimlərsə məzarları dağıdıb. Yalan sözlərdir. Kimin nəyinə lazımdır bunu söksün. Müsəlmançılıq deyil bəyəm? Qəbirləri ayrı-ayrı istədik olsun, dəyişdirdik. Burda dörd nəfərin məzarı var. Əvvəl dörd məzarın bir sinə daşı var idi. Sonradan ölən şəxslərin qohumları hər qəbrin ayrı-ayrılıqda götürülməsini istədi. Ailə üzvlərinin razılığı ilə məzarların üstü yenidən götürülür".

 

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı öldürülən 4 nəfərin məzarlarının dağıdılması ilə bağlı «Nardaran işi» üzrə keçirilən məhkəmədə təqsirləndirilən Cabbar Cabbarov bildirib. Əməliyyat zamanı iki polis əməkdaşı da şəhid olub.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR