Kaliforniyada ABŞ-dan ayrılmaq hazırlıqları başladı - "CALEXIT"

ABŞ-ın Kaliforniya ştatında sözü gedən ərazinin mərkəzi hakimiyyətin tərkibindən ayrılması məsələsinin ümumxalq səsverməsinə çıxarılması üçün ilk addım atılıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, "Yes, California!" hərəkatı fəalları ştatın Ağ Evin tabeliyindən çıxması ilə bağlı petisiyanı ştatın baş prokuroruna təqdim ediblər. Onlar hökumətdən bu təklifə ad verilməsi və onun nəzərə alınmasını xahiş edib.

 

Fəalların bu prosesə seçdiyi ad "Brexit"ə uyğun olaraq, "Calexit" olaraq müəyyən edilib. Bu məqsədlə ştat əhalisindən imzaların toplanması üçün artıq 13 min könüllü qeydiyyatdan keçib.

 

Təşəbbüs müəllifləri hadisələrin öz axarı ilə gedəcəyi halda, artıq 2018-ci ildə sözü gedən məsələnin səsverməyə çıxarılacağını açıqlayıb. Yerli mətbuatın yazdığına görə, Kaliforniyada ABŞ-dan müstəqil siyasətin tətbiq olunması meylləri keçirilən prezident seçkiləri sonrası daha da güclənib. Belə ki, ştat əhalisinin əksəriyyəti seçkilər zamanı Hillari Klintonu dəstəkləyib.

 

Qeyd edək ki, artıq "Yes, California!" hərəkatının təmsilçiləri Rusiya da daxil olmaqla, bir neçə ölkədə simvolik səfirliyin açılacağını bildiriblər.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR