FETÖ-çuların saxlanıldığı həbsxananın müdiri tutuldu

Türkiyə həbsxanalarında FETÖ təhqiqatı çərçivəsində həbslər başlayıb. APA TV-nin məlumatına görə, əməliyyatlar İstanbul mərkəz olmaqla 8 vilayətdə aparılır.

 

İstanbul polisinin həyata keçirdiyi əməliyyatda 24 həbsxana məmuru və rəhbər şəxs haqqında saxlanma qərarı verilib. Səhər saatlarından həbsxanalarda və evlərdə axtarışlar davam edir.

 

Silivri həbsxanası müdirinin də aralarında olduğu 14 şübhəli İstanbulda, 5 şübhəli isə digər vilayətlərdə saxlanılıb.

 

Haqqında saxlanılma qərarı çıxan şəxslərin FETÖ-nün gizli danışıq sistemi "Bylock"dan istifadə etdiyi bildirilir.

 

Qeyd edək ki, Türkiyədə həbsxana və təcridxanalarda olan FETÖ-çuların 21-22 noyabr tarixlərində üsyana qalxacağı barədə şayiələr gəzir. Bu səbəbdən Daxili İşlər Nazirliyinin hərəkətə keçdiyi qeyd olunur.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR